Accessibility links

Bağdadın Sədr şəhəri yaxınlığında atışma zamanı 11 adam həlak olub


İraq polisi bildirir ki, Bağdadda şiə yaraqlıların istinadgahı olan Sədr şəhəri yaxınlığında yol kənarına yerləşdirilmiş bomba partlayışı nəticəsində 11 nəfər həlak olub. Yerli rəsmilərin bildirdiyinə görə, atışma ABŞ və İraq hərbi qüvvələrinin patrul çəkdiyi yerdə bombanın partlamasından sonra baş verib. ABŞ hərbi qüvvələri əsgərlərin atışmada iştirak etmədiyini bildirib. Sədr şəhərində 10 min nəfərdən ibarət İraq hərbi qüvvələrinin şiələrin istinadgahında hökumətin nəzarəti ələ almasına səy göstərməsindən bir gün sonra sakitlik hökm sürür.
XS
SM
MD
LG