Accessibility links

Mixail Saakaşvilinin partiyası parlament seçkilərində qələbə əldə edib


Gürcüstan prezidenti Mixail Saakaşvili dünən keçirilən parlament seçkilərində onun partiyasının qələbə əldə etdiyini bidlirib. Seçkilərin ilkin nəticələrinə görə hakim partiya səslərin üçdə iki hissəsini qazanıb. Prezident müxalifətin saxta adlandırdığı seçkilərdəki qələbəsini bu gün səhər etdiyi çıxşı zamanı elan edib.

Gürcüstanın Mərkəzi Seçki Komissiyası prezidentin Vahid Miilli Hərəkatı partaiyasının səslərin 63, vahid müxalifət blokunun 14%-ni əldə etdiyini bildirir. Müxalifət seçkilərin nəticələri ilə razı deyil.

XS
SM
MD
LG