Accessibility links

Salam Fəyyad Fələstinin biznes layihələrinə investisiya qoyulacağını bildirib


Fələstinin baş naziri Salam Fəyyad deyib ki, Betlehemdə keçirilən investisiya konfransına qatılmış nümayəndələr Fələstinin biznes layihələrinə 1 milyard yarım dollar məbləğində yatırım qoyacaqlarını vəd ediblər. Cənab Fəyyad güman edir ki, təklif olunan layihələr əsasən İordan Çayının qərb sahilində 35000 yeni iş yeri yarada bilər. O, bu gün Betlehemdə keçirilən 3 günlük konfransın sonuncu günündə çıxış edib. Konfransın məramı problemlərlə üzləşən Fələstin iqtisadiyyatına investisiya cəlb etməkdir.

Qərb Sahilində İsrail yoxlama məntəqələrinin çoxluğu iqtisadi inkişafa əngəl törədir. İsrail isə bu ölçülərin təhlükəsizlik üçün vacib olduğunu bildirir.

XS
SM
MD
LG