Accessibility links

Pespublikaçı senator Con Makkeyn evangelist liderin dəstəyindən imtina edib


Respublikaçılar partiyasından ABŞ prezidentliyinə namizəd Con Makkeyn yəhudilər haqda verdiyi bəyanata görə tənqid edilən moizəçinin dəstəyindən imtina edib. ABŞ mətbuatının dünən verdiyi məlumatda deyilir ki, tanınmış evangelist lider Con Haqi 1990-cı illərdə dini mərasim zamanı Adolf Hitlerin yəhudiləri Avropadan çıxarmaqla İncilə uyğun addım attığını deyib. Bu qeydləri xoşagəlməz və əsassız adlandıran cənab Makkeyn dərhal ondan uzaqlaşıb.

Respublikaçı namizəd səhhətində narahatlıqlar səbəbilə tibbi göstəricilərinə 3 saat ərzində nəzər salmaq üçün mətbuat üzvlərini seçir. Arizona senatorunun avqust ayında 72 yaşı tamam olur və əgər o, noyabrda seçkiləri udarsa, Amerika tarixində bu vəzifəyə seçilən ən yaşlı prezidenti olacaq.

XS
SM
MD
LG