Accessibility links

Tailandda BMT-nin yardım məntəqəsi açılıb


BMT Tailand paytaxtındakı hava limanında qonşu Birmada siklon nəticəsində zərər çəkənlərə yardım çatdırmaq üçün məntəqəsini açıb. Təşkilatın baş katibi Ban Ki Mun Birma xuntası ilə yardım səylərilə əlaqədar görüş keçirdikdən bir gün sonra Bankokun Don Muenq airoporundakı mərkəzin açılışında iştirak edib. Dünən cənab Ban deyib ki, Birmanın ali liderləri siklondan zərər çəkənlərə kömək etmək üçün xilasetmə dəstələrinin ölkəyə buraxılmasına icazə verib. Birmanın hərbi hökuməti bir çox xarici yardımların ölkəyə daxil olmasına icazə vermirdi. Bununla yanaşı, Birma mayın 3-də Nərqiz siklonunun təsirinə məruz qalmış ərazilərdə ikinci raund konstitusiya referendumunu keçirir.
XS
SM
MD
LG