Accessibility links

Livan qanunvericiləri ölkənin yeni prezidentini seçməyə hazırlaşırlar


Livan qanunvericiləri rəqib fraksiyalar arasında 18 ay sürən siyasi münaqişəni həll etmək istiqamətində ilk addımı ataraq ölkənin yeni prezidentini seçməyə hazırlaşırlar. Parlament ordu komandiri Mişel Süleymanı prezident seçmək üçün bazar günü toplaşır. O, noyabr ayından boş olan prezidentlik postunu tutacaq.

Yeni prezidentin seçilməsi bu həftə Livanın ABŞ-ın dsətəklədiyi hökuməti və Hizbullahın başçılıq etdiyi müxalif qüvvələr arasında əldə edilmiş razılıq nəticəsində mümkün olmuşdur. Razılıqda həmçinin müxalifətə veto hüququ verən və Hizbullahın tərksilah olmasını tələb etməyən milli birlik hökumətinin yaradılmasına çağırılır. Ərəb Liqası Beyrut və onun ətraflarında Hizbullahın döyüşçüləri və hökumət tərəfdarları arasında döyüşlər ölkəni vətəndaş müharibəsi təhəükəsi qarşısında qoyduqdan sonra tərəflər arasında danışıqlarda vasitəçilik etmişdir.

XS
SM
MD
LG