Accessibility links

BMT Baş katibi Çində zəlzələdən zərər çəkmiş bölgələrdə olub


BMT-nin Baş Katibi Ban Ki Mun Çin hökumətini bu ayın əvvəli Siçuan vilayətində baş verən güclü zəlzələ nəticəsində zərər çəkənlərə dərhal yardım göstərdiyinə görə Çini alqışlasyıb. Bu gün BMT-nin başçısı zəlzələnin episenterində Çin liderlərilə görüşüb. Çin rəsmiləri təbii fəlakət nəticəsində 60 min adamın həlak olduğunu və bu rəqəmin arta biləcəyini bildirirlər. Baş Katib Ban zəlzələnin episentri yaxınlığındakı Yingxiu şəhərinə vertolyotla gedib.

Cənab Ban Çinə Birmadan gəlib. O, Birmanı Çinlə müqayisə edərkən Birmadakı vəziyyətin faciəli olduğunu deyib. Çinin baş naziri Ven cənab Bana bildirib ki, Çin əlavə olaraq Birmaya 10 milyon dollar məbləğində yardım göstərəcək. Çin lideri zəlzələ nəticəsində 60 min adamınn həlak olduğunu bildirib. Lakin onun sözlərinə görə bu rəqəm 70- 80 minə çata bilər.

Xilasetmə briqadaları dağıntılar altında qalanların axtarışını davam etdirirlər, lakin dağıntılar altında sağ qalan insanların olduğuna ümid demək olar ki yoxdur.

XS
SM
MD
LG