Accessibility links

Əfqanıstanda zorakılıqlar davam edir


Əfqanıstan və NATO rəsmiləri deyirlər ki, intiharçı ölkənin cənubunda hərbi kanvoya hücum edərək 1 mülki vətəndaşın ölümünə və 3 NATO əsgərinin yaralanmasına bais olub. Qəndəhar şəhərində baş verən başqa intiharçı hücumu nəticəsində bir uşaq yaralanıb. Koalisiya rəsmiləri qərbi Farah vilayətində aparılan əməliyyat zamanı bir ABŞ səgərinin həlak olduğunu xəbər verirlər. İnsident haqda əlavə məlumat verilmir. NATO və ABŞ əsgərləri 2001-ci ildən bəri Əfqanıstanda devrilmiş Taliban rejimi qalıqlarına qarşı mübarizə aparırlar.
XS
SM
MD
LG