Accessibility links

İsraildə İran agenti həbs olunub


İsrail polisi İranda anadan olmuş İsrail vətəndaşını İrana müdafiə məlumatları ötürdüyünə görə həbs edib. Mediadan daxil olan xəbərlərə görə həmin şəxs İstanbulda olarkən İranlı kəşfiyyat agentləri ilə görüşüb. O, agentlərə İsrailin təhlükəsizlik və kəşfiyyat orqanlarına çalışan adamların adlarını verib. Polis rəsmiləri deyirlər ki, şübhəli bu ayın əvəlində həbs olunub və bu gün Tel-Əvivdə ona qarşı itiham irəli sürülüb. Şübhəli şəxsin kimliyi açıqlanmır.

XS
SM
MD
LG