Accessibility links

Zəlzələ gölü yaradan dağıntılar partladılacaq


Çin mətbuatının yazdığına görə, polis Sicuanın mərkəzindəki çayın qarşısını kəsib, zəlzələ gölü yaradan dağıntıları partlatmağa hazırlaşır. İldırım və yeraltı təkanların sel təhlükəsini artırdığı deyilir.On minlərlə adam böyüməkdə olan gölün ətraflarından evakuasiya edilir. Çin rəsmilərinin bildirdiyinə görə, Siçuan vilayətində iki həftə əvvəl baş verən zəlzələ nəticəsində ziyan dəymiş sədlərin dağılma təhlükəsi də artır. Çinin Su Resursları Nazirliyinin bəyanatında deyilir ki, 69 su səddi dağılma təhlükəsi altındadır. Hökumət may ayının 12-də baş verən zəlzələnin 65000-dən artıq insanın ölümünə səbəb olduğunu bildirir.

XS
SM
MD
LG