Accessibility links

İranın nüvə proqramına dair məlumatları açıqlamaması ciddi narahatlıqlara səbəb olub


BMT-nin Nüvə Agentliyinin bildirdiyinə görə, İranın nüvə proqramına dair məlumatları açıqlamaması ciddi narahatlıqlara yol açıb. Beynəlxalq Atom Enerjisi Agentliyinin son hesabatında bildirilir ki, Qərbin nüvə silahı istehsal etdiyinə dair narahatlıglarının aradan qaldırlması üçün İran lazımi dəlillər göstərə bilməyib. Sənəddə həmçinin İranın BMT-nin tələblərinə əhəmiyyət vermədən uran zənginləşdirilməsi fəaliyyətlərini dayandırmadığı bildirilir. Hesabatda deyilir ki, İran Agentliyi bütün raket fəaliyyətləri və partlayıcı sınaqlarına dair əlavə məlumatla təmin etməlidir. İran bütün bu ittihamları əsassız adlnadıraraq, hesabatı İranın nüvə fəaliyyətlərinin dinc mahiyyətli olduğuna sübut adlandırıb.
XS
SM
MD
LG