Accessibility links

Nuri Əl-Maliki Stokholmda İsveç rəsmilərilə görüşüb


İraq baş naziri Nuri Əl-Maliki deyir ki, 10 minlərlə qaçqının evlərinə qayıtmasına ruhlandırmaq planları üzrə fəaliyyətə başlanılıb. Stokholmda BMT-nin himayəsi ilə İraqda yenidənqurma işləri barədə keçirilən konfransdan bir gün sonra cənab Maliki İsveç rəsmiləri ilə görüşüb. Onun sözlərinə görə, İraq hökuməti Avropa və başqa ölkələrdə sığınacaq axtaran vətəndaşlarına İraqı daha cəlbedici etmək səyləri çərçivəsində maliyyə fondları təsis edib. Bu arada, İraqdakı ABŞ qüvvələri deyir ki, Əl-Qaidəyə qarşı mübarizədə nailliyyət əldə olunub. Sözçünün bildirdiyinə görə, qüvvələr Əl-Qaidə silah alverçisini öldürüb və qrupun 3 əsas üzvü həbs edilib.
XS
SM
MD
LG