Accessibility links

Əfqanıstanda 4 koalisiya əsgəri yaralanıb


Əfqanıstanın şərqində hərbi konvoyu hədəfə alan bomba partlayışı nəticəsində 4 koalisiya əsgəri yaralanıb. NATO Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri deyir ki, hücum Nanqarhar vilayətinin paytaxtı Cəlalabad şəhərində baş verib. Əfqan rəsmilərin sözlərinə görə, bu, intiharçı hücumu olub və ən azı bir əcnəbi əsgər həlak olub. Bu arada dünən Əfqanıstan təhlükəsizlik qüvvələri bir neçə saat əvvəl Taliban döyüşçülərinin ələ keçirdiyi ucqar şəhəri geri alıblar. Qüvvələr Qəzni vilayətinin Rəşidan şəhərini yenidən ələ keçirən zaman heç bir müqavimətlə qarşılaşmayıblar.
XS
SM
MD
LG