Accessibility links

Çində helikopter qəzaya uğrayıb


Çinin dövlət mediası xəbər verir ki, Siçuan vilayətində ötən ayın zəlzələ qurbanlarını daşıyan helikopter qəzaya uğrayıb. Şinhua xəbər agentliyi bu gün məlumat verir ki, Yinqşui şəhəri yaxınlığında qəzaya uğrayan helikopterin içərisində 4 ekipaj üzvü və 10 sərnişin var idi. Xəsarət haqda hələlik məlumat verilmir. Bu arada hərbçilər zəlzələnin yaratdığı süni gölün sularını boşaldıblar. Hərbçilər Tanqciaşan gölünün yolunu kəsmiş 135 min kub metr palçığı təmizləyiblər.
XS
SM
MD
LG