Accessibility links

Birma xuntası siklona cavabını müdafiə edir


Birmanın hərbi hökuməti 134 min adamın ölümünə və itkin düşməsinə səbəb olmuş siklona cavabını müdafiə edir. Müdafiə nazirinin müavini General-Mayor Aye Myint Sinqapurda bildirib ki, onun hökuməti İrravadi deltasında siklondan əvvəl yerli əhaliyə xəbərdarlıq edib. O, deyib ki, rəsmilər təbii fəlakətə dərhal cavab vermişlər və qeyd-şərtsiz xaricdən yardımı qəbul etmişlər. Birma siklondan sonra məhdudlaşdırılmış qaydada xarici yardım qəbul etməyə başladı. Bu gün erkən ABŞ Müdafiə Naziri Robert Geyts Birma hökumətini cinayətkar etinasızlıqda günahlandırmış və yardımla dolu ABŞ hərbi gəmilərinin Birma sahillərini tərk edəcəyi haqda qərarın yaxın zamanlarda veriləcəyini bildirmişdir. Onun sözlərinə görə tamamilə aydındır ki, Birmanın hakim generalları ABŞ yardımını qəbul etməyəcəklər.

XS
SM
MD
LG