Accessibility links

İran BMT Nüvə Agentliyinə xəbərdarlıq edir


BMT Nüvə Agentliyinin Tehranı tənqid edən hesabatı açıqlamasından sonra İran bu təşkilatla əlaqələri məhdudlaşdıra biləcəyini söyləyib. Beynəlxalq Atom Enerjisi Agentliyi deyir ki, İran Qərbin onun atom silahları istehsalı haqda ittihamlarını tutarlı şəkildə təkzib etməyib. Bu gün açıqladığı bəyanatda İranın Xarici İşlər Nazirliyiinin sözçüsü Məhəmməd Əli Hüseyni bildirib ki, İran agentlikdən daha yaxşı hesabat gözləyirdi. İranın yeni parlament spikeri Əli Laricani də Çərşənbə günü oxşar bəyanatla çıxış etmişdi.
XS
SM
MD
LG