Accessibility links

Senator Edvard Kennedi beyin cərrahiyyə əməliyyatı keçirmək üçün Şimali Karolinadadır


ABŞ Konqresində ən uzun müddət xidmət edən qanunverici, demokrat senator Edvard Kennedi bu gün beyin cərrahiyyə əməliyyatı keçirilməsi üçün Şimali Karolina ştatındadır. 76 yaşlı senatora əməlliyyatın altı saat sürəcəyi gözlənilir. Cərrahiyyə əməliyyatı Şimali Karolinada Dyük universitetinin tibbi mərkəzində keiriləcək. Kennediyə iki həftə əvvəl bəd xassəli beyin şişi diaqnozu qoyulmuşdu. Tibbi ekspertlər bu tip xərçəngin təhlükəli olduğnu və bu diaqnoz qoyulan xəstələrin bir ildən artıq yaşaya bilmədiklərini bildirirlər. Senator Kennedinin ofisindən bildirilir ki, o, əməliyyatdan sonra kimya terapiyası və radioloji müalicə kursları keçəcək. Onun bir həftə xəstəxanada qalacağı bildirilir. Edvard Kennedi ABŞ Senatına ilk dəfə 1952-ci ildə seçilmişdi. O, prezident Con Kennedinin kiçik qardaşı və Kennedilər ailəsində sağ qalmış yeganə qardaşdır.
XS
SM
MD
LG