Accessibility links

Romada Ərzaq Təhlükəsizliyi Konfransı açılıb


BMT-nin ərzaq agentliyinin rəhbəri Jak Diof qərbdə hədsiz çəkiyə malik olan insanlara milyardlarla dollar sərf edildiyi halda, milyonlarla insanın aclıq çəkdiyini bildirib. BMT-nin sponsorluğu ilə bu gün açılan Ərzaq Təhlükəsizliyi Konfransında danışan Jak Diof köklərin ərzaq istehlakının 20 milyard, bu səbəbdən ölüm halları və xəstəliklərin 100 milyard dollara başa gəldiyini deyib. Üç günlük Roma sammitinə toplaşan dünya ölkələrinin liderləri qlobal ərzaq böhranını həll etməyə çalışır. BMT-nin baş katibi Ban Gi Mun nümayəndələr qarşısında etdiyi çıxışı zamanı deyib ki, 2030-cu ilədək ərzaq istehsalı tələbatın qarşılanması üçün 50 faiz artırılmalıdır.

XS
SM
MD
LG