Accessibility links

Əli Xameneyi: "İran nüvə texnologiyası inkişafından əl çəkməyəcək"


İranın ali ruhani rəhbəri Ayətolla Əli Xameneyi İranın nüvə texnologiyası inkişafından əl çəkməyəcəyini deyir. Xameneyi bunları ölkənin sabiq ruhani lideri Ayətolla Ruhulla Xomeyninin vəfatının 19-cu ildönümü münasibəti ilə təşkil edilən mərasimdə deyib. İranın ali ruhani rəhbərinin dedikləri Beynəlxalq Atom Enerjisi Agentliyinin İranın nüvə fəaliyyətlərinin öyrənilməsinə dair Vyana müzakirələrindən bir gün sonraya təsadüf edir. Nüvə fəaliyyətlərinin dinc mahiyyətli olduğunda israr edən İran BMT-nin nüvə agentliyi ilə onun son hesabatından sonra əməkdaşlığını məhdudlaşdıra biləcəyini deyir. Keçən həftə açıqlanan hesabatda deyilirdi ki, İran nüvə silahları istehal etmədiyinə dair kifayət qədər dəlil göstərə bilməyib.

XS
SM
MD
LG