Accessibility links

Human Rights Watch Çini 1989-cu ildə həbs edilənlərin azadlığa buraxılmasına çağırıb


İnsan hüquqları müdafiəsi qrupu Human Rights Watch Çini 1989-cu ildə Pekinin Tiananmen meydanında təşkil edilən etiraz aksiyası zamanı həbs edilənlərin azadlığa buraxılmasına çağırıb. Təşkilat Çini 2008-ci il Olimpiya Oyunları öncəsi insan hüquqları vəziyyətinin yaxışılaşdırılması öhdəliklərinə sadiq qalmağa səsləyib. Qrupun təxminlərinə görə, Çin 130 nümayişçini hələ də həbsdə saxlayır. Human Rights Watch Çini nümayiş iştirakçılarının təqibləri, onların ailə üzvlərinə qarşı təzyiqlər və həbslərə son qoymağa çağırır. Çinin Xarici İşlər Naziriliyinin sözçüsü hadisənin Çinin daxili məsələsi olduğunu deyərək, məhbusların sayı və ya gələcək azadedilmələr barədə məlumat verməyib.

XS
SM
MD
LG