Accessibility links

Avropa Parlamenti Rusiyanın Gürcüstandakı missiyasında dəyişikliklər edilməsinə çağırıb


Avropa Parlamenti bu gün Rusiyanın Gürcüstandakı sülhməramlı missiyasında dəyişikliklər edilməsinə çağırıb. Onun qəbul etdiyi qətnamədə Gürcüstanın separatçı Abxaz bölgəsində yerləşdirilmiş Rus qüvvələrinin neytral olmadığı bildirilir və təklif olunur ki, regiona Avropadan missiya göndərilsin.

Avropa Birliyinin xarici siyasət məsələləri üzrə rəhbəri Haviyer Solana bu gün Gürcüstana səfər edərək, prezident Mixail Saakaşvili ilə danışıqlar aparmağı planlaşdırır. Daha sonra cənab Solana Abxaziyaya gedəcək.

Dünən Avropa Bilriyinin Xariclə Əlaqələr Komissiyasının sədri Benita Ferrero-Valdner Rusiya parlamentinin Aşağı Palatasına bildirmişdi ki, Moskvanın hərəkətləri regiondakı sabitliyi təhlükə qarşısına qoyur. Bu həfətnin əvvəlində NATO baş katibi Yap de Hop Şiffer Rusiyanı Abxaziyaya göndərdiyi əlavə qüvvələri geri çəkməyə çağırıb.

XS
SM
MD
LG