Accessibility links

2001-ci il sentyabrın 11-i aksiyalarına görə ittiham edilənlər Guantanamo tribunalı qarşısına çıxarılır


2001-ci il sentyabrın 11-i terror aksiyalarına görə ittiham edilən 5 nəfər bu gün Amerikanın Guantanamodakı hərbi tribunalı qarşısına çıxarılır. Hücumların planlaşdırılmasında günahlandırılan Xalid Şeyx Məhəmməd və digər 4 müttəhim hakimin onlara qarşı irəli sürdüyü ittihamlarla tanış olacaq. Günahkar bilindikləri təqdirdə onları ölüm cəzası gözləyir. Müttəhimlər bir neçə il Mərkəzi Kəşfiyyat Agentliyinin təcridxanasında saxlanmış, 2006-cı ildə isə Kubadakı bazaya köçürülmüşdü.

İnsan hüquqları müdafiəçiləri Amerikanın hərbi tirubanlını tənqid edərək, oradakı müttəhimlərin hüquqlarının pozulduğunu bildirirlər.

XS
SM
MD
LG