Accessibility links

Pakistanda 500 kq ağırlığında partlayıcı maddə müsadiə olunub


Pakistan rəsmiləri deyirlər ki, dünən onlar Ravalpindi şəhərinin ordu qərargahında üç maşından azı 500 kiloqram ağırlığında partlayıcı maddə müsadirə ediblər. Polis bildirir ki, 3 intiharçı daxil olmaqla terrorçuluqda şübhəli bilinən bir neçə adamı həbs edib. Bu, İslamabaddakı Danimarka səfirliyinin bomba hücumuna məruz qalmasında bir gün sonraya təsadüf edir. Hadisədə 6 nəfər həlak olub. Bu arada Əl-Qaida qrupu bazar ertəsi 25 nəfərdən çox adamın yaralanması ilə nəticələnən əməliyyatın məsuliyyətini öz üzərinə götürüb.
XS
SM
MD
LG