Accessibility links

Rusiya prezidenti qlobal maliyyə tənəzzülünə görə ABŞ-ı günahlandırır


Rusiya prezidenti Dmitri Medvedev qlobal maliyyə tənəzzülünə görə Amerika Birləşmiş Ştatlarını günahlandırıb. O deyib ki, onun təsiri resurslarının təzminatından daha güclüdür. Bu gün Sankt-Peterburqda təşkil edilən biznes forumunda danışan Rusiya lideri dünyanın maliyyə böhranının əsasında Amerikanın dünya iqtisadiyyatındakı rolu ilə onun real qabiliyyəti arasındakı uçurumun durduğunu bildirib. Rusiya prezidenti ABŞ-ın hazırkı böhranı həll etmək iqtidarında olmadığını deyib. Dmitri Medvedev iqtisadi problemlərin həlli məqsədi ilə Rusiyada beynəlxalq konfrans keçirilməsini təklif edib. O deyib ki, zəngin enerji resurslarına malik olan Rusiya qlobal məsələlərin həllində daha effektiv rol oynaya bilər.

XS
SM
MD
LG