Accessibility links

Hillari Klinton ABŞ prezidentliyi uğrunda yarışlardan geri çəkildi


Bu gün Amerika prezidentiliyi uğrunda ilk qadın kimi yarışan ABŞ senatoru Hillari Klinton dəstəyini rəsmən rəqibi Braka Obamaya verib. Vaşinqtonun Milli Muzaeyində yerli vaxtla saat 12-də təşkil edilən tədbirdə sabiq birinci xanım tərəfdarları qarşısında partiya daxilindəki birliyin vacibliyindən danışıb. Dünən senatorlar Braka Obama və Hillari Klinton təkbətək görüş keçirmiş və beləliklə praymeri kampaniyalarına rəsmən son qoymuşlar. 17 milyon səs toplayan Hillari Klinton Obamadan nümayəndə baxımından arxada qalmışdı. Nyu-York senatoru Klinton bugünkü tədbirdə ona dəstək verənlərə təşəkkürünü bildirib. Elektron poctu vasitəsi ilə tərəfdarlarına ünvanladığı məktubda Hillari Klinton Barak Obama ilə fərqlərinin respublikaçı namizəd Con Makkeyn qədər böyük olmadığını deyib. Obama Afrika mənşəli ilk amerikalıdır ki, əsas siyasi partiyaların birindən nominasiya əldə edəcək. Barak Obama son iki praymeridə nominasiyaı üçün lazım olan 2118 nümayəndədən daha artıq nümayəndə əldə edib.

XS
SM
MD
LG