Accessibility links

Türkiyə PKK yaraqlılarına hücum edib


Türkiyə ordusunun bildirdiyinə görə, qırıcı təyyarələr İraqın şimalı boyunca kürd yaraqlıları bombalayıb. Ordunun açıqladığı bəyanatda deyilir ki, hücum dünən Zap regionunda Kürdüstan Fəhlə Partiyası – PKK-ya qarşı həyata keçirilib. Qeyd edək ki, Türkiyə ilə yanaşı, ABŞ da PKK-nı terrorçu təşkilat kimi tanıyır. Separatçı yaraqlılar isə 1984-cü ildən bəri Türkiyənin cənub-şərqində muxtariyyət uğrunda mübarizə aparır. Zorakılıqlar zamanı on minlərlə insan həlak olub.
XS
SM
MD
LG