Accessibility links

Nuri Əl-Maliki İran prezidenti ilə görüşəcək


İran rəsmilərinin sözlərinə görə, İraq baş naziri Nuri Əl-Maliki Tehranı əmin edib ki, ABŞ-İraq təhlükəsizlik sazişi İranın maraqlarına ziyan vurmayacaq. İran mətbuatı bildirir ki, cənab Maliki bu açıqlamanı bu gün İran xarici işlər naziri Mənuçöhr Mötəkki ilə görüşündə verib. Hazırda ABŞ və İraq rəsmiləri dekabrın 31-də BMT-nin mandatı başqa çatdıqdan sonra Amerika qüvvələrinin İraqda hansı şərtlər altında qalacağını müzakirə edirlər. İran bu razılığın əleyhinə çıxır. Dünən Tehrana gəlmiş Nuri əl Maliki bu gün İran prezidenti Mahmud Əhmədinejadla görüşəcək.

XS
SM
MD
LG