Accessibility links

ABŞ prezidentliyinə namizədlər yeni kampaniyaya başlayırlar


Praymerilər və kokusların rəsmən sona çatması ilə ABŞ prezidentliyinə iki namizəd özlərinə tərəfdar yığmaq üçün kampaniyaya başlamağa hazırlaşırlar. İllinoys ştatından Demokrat senator Barak Obama sabah tarixən respublikaçıları dəstəkləyən ştatlarda yürüşlər keçirməyi planlaşdırır. Onun zəif ABŞ iqtisadiyyatı, yüksək işsizlik səviyyəsinin çətinlikləri və artan neft qiymətlərini müzakirə edəcəyi gözlənilir. 46 yaşlı senator Ağ Ev uğrunda yarışda mübarizə aparan ilk afrika mənşəli amerikalı kimi tarixə düşüb. Obamanın rəqibi 71 yaşlı Arizona senatoru Con Makkeyn isə artıq milli təhlükəsizlik və özünün Vyetnam müharibəsi təcrübəsi barədə efirə televiziya reklamı çıxarıb. Hər iki senator vitse-prezidentliyə namizədin tapılması üzərində iş aparır.

XS
SM
MD
LG