Accessibility links

Ayətulla Əli Xameneyi ABŞ-ın İraqdakı mövcudluğunun böyük problem olduğunu deyib


İranın ali ruhani lideri Ayətulla Əli Xameneyi İraqın baş naziri Nuri Əl-Malikiyə ABŞ-ın İraqdakı hərbi mövcudluğunun ən böyük problem olaraq qaldığını deyib. İranın dövlət mətbuatının bildirdiyinə görə, bu gün liderlərin Tehran danışıqları zamanı Ayətulla Əli Xameneyi İraq xalqının bu çətin vaxtdan keçəcəyini, lakin Amerikanın İraqla bağlı arzularına çatmayacağını deyib.

İraqın baş naziri Nuri Əl-Maliki üçüncü dəfəfdir İrana səfər edir. ABŞ və İraq rəsmiləri Amerika qüvvələrinin BMT-nin dekabr ayında başa çatacaq mandatından sonra İraqda qalmasına dair təhlükəslzlik razılığını müzkirə edirlər. İran isə bu razılığın əleyhinə çxış edir.

XS
SM
MD
LG