Accessibility links

ABŞ-ın birinci xanımı Əfqanıstan prezidenti ilə görüşüb


Əfqanıstana gözlənilmədən səfər edən ABŞ-ın birinci xanımı Lora Buş prezident Həmid Karzai ilə görüşüb və beynəlxalq ictimaiyyəti bu həftə keçiriləcək donor konfansında ölkəyə dəstək verməyə çağırıb. Bazar günü Kabildə cənab Karzai ilə görüşən xanım Buş deyib ki, beynəlxalq ictimaiyyət bu olduqca mühüm dövrdə Əfqanıstanı tək qoymamalıdır. Lora Buş ABŞ-ın iki yardım təşəbbüsü ilə çıxış etdiyini elan edib. Bunlar Kabildə Amerika universiteti üçün 40 milyon dollarlıq qrant və Milli Maarif mərkəzi üçün 40 milyon dollar dəyərində layihədir. Bundan öncə xanım Buş 2001-ci Talibanın məhv etdiyi Budda məbədinin dağıntılarının olduğu Bamiyan vilayəti üzərindən vertolyotla uçmuş, daha sonra isə Kabil yaxınlığında Baqra hərbi bazasında Amerika əsgərlərilə görüşüb onlara xidmətlərinə görə təşəkkürünü bildirmişdir.
XS
SM
MD
LG