Accessibility links

Çinin Tanqciaşan gölünün su səviyyəsini endirmək mümkün olub


Çin rəsmiləri deyirlər ki, Drenajlama səylərindən sonra Siçuan vilayətindəki Tanqciaşan gölünün su səviyyəsini endirmək mümkün olub. Şinhua xəbər agentliyi bu gün suyun içəri daxil olduğundan 16 dəfə artıq sürətlə boşaldığını bildirib. Drenajlama səyləri ötən şənbə günü başlayıb və Çin əsgərləri qalxan suyun səviyyəsini azaltmaq üçün qayalara qumbaraatandan atəş açıblar. Göldən aşağı səviyyədə yaşayan 250 000 sakin evakuasiya edilib.
XS
SM
MD
LG