Accessibility links

Corc Buş və Avropa Birliyi liderlərinin Sloveniyadakı zirvə görüşü başa çatıb


ABŞ prezidenti Corc Buş və Avropa Birliyinin liderləri Sloveniyada zirvə görüşünü başa çatdırıblar. Müzakirələrin diqqət mərkəzində iqtisadi, regional və ətraf mühitlə bağlı məsələlər olub. Prezident Buş Avropa Birliyi ölkələrinə İraq və Əfqanıstanda bərpa işlərində dəstəyə görə təşəkkürünü bildirib. O, həmçinin birliyə üzv ölkələrə İranın nüvə proqramını dayandırması üçün göstərdiyi səylər və bunu etmədiyi təqdirdə təcridlə üzləşəcəyi barədə xəbərdarlıqlara görə təşəkkür edib. Prezident Buş görüşlər zamanı Zimbabve, Darfur və Birmada vəziyyətin müzakirə olunduğunu bildirib.

Sammitdən öncə cənab Buş Sloveniyanın prezidenti Danilo Turk və baş nazir Yaneş Yansa ilə görüşüb. Günün sonu prezident Buş Almaniyaya yola düşüb.

XS
SM
MD
LG