Accessibility links

Rusiyanın "yaxın xaric" siyasəti Qərblə münasibətləri gərginləşdirir


Rusiyanın keçmiş Sovet ölkələri ilə münasibətləri son dövrlərdə problemlərlə müşayiət olunub. Moskvanın regionda öz nüfuzunu bərpa etmək cəhdləri Qərb və ələxüsus respublikaların daxil olmaq istədiyi NATO ilə münasibətlərdə gərginliyə səbəb olub.

Devid Merkel ABŞ Dövlət Departamentində Avropa və Avrasiya məsələləri üzrə məsul rəsmidir. Rusiyadan əlavə onun diplomatik portfelinə Ukrayna, Belarus, Moldova və regional non-proliferasiya məsələləri daxildir. Merkel hər bir sabiq Sovet respublikasının müstəqil qaydada öz daxili və xarici siyasətini müəyyən etmək hüququna malik olduğunu vurğulayır. O, həmçiin qeyd edir ki, Moskvanın yaxın xaric adlandırıdğı ərazidəki maraqları ABŞ-ın maraqları ilə toqquşmur.

Birləşmiş Ştatlar Ukrayna və Gürcüüstan hökumətlərinin NATO ilə münasibətləri inkişaf etdirməsini dəstəkləyir. Lakin Moskva, eyni zamanda Ukrayna əhalisinin böyük kəsimi bunun əleyhinə çıxır. Devid Merkel bu mövqeyi anlayır, lakin bildirir ki, NATO sonda başqa Şərqi Avopa ölkələrini alyansa daxil olmağa inandıra bildi. O, əlavə edir ki, NATO Rusiya sərhədlərinə sabitlik və firavanlıq gətirə bilər ki, bunun ilk növbədə Rusiyaya böyük faydası var.

Əgər NATO-ya daxil olmuş başqa üzvlərə nəzər salsaq, maraqlı mənzərə yaranır. Rusiyanın Bolqarıstan və Ruminiya kimi ölkələrlə onlar NATO-ya daxil olduqdan sonra ticarəti artıb.

Lakin Rusiyalı müstəqil siyasi təhlilçi Aleksandr Konovalov yaxşı ticarəti uğurlu xarici siyasətlə izah edir, NATO-ya üzvlüklə yox. O, həmçinin xəbərdarlıq edir ki, Gürcüstanın alyansa daxil olması separatçı Abxaziya bölgəsində ehtirasları qızışdıra və bütün regionda domino effekti yarada bilər.

Konovalov deyir ki, Moskva Ukraynanın NATOya üzvlüyündən narathadır. Belə ki, üzvlüyün Şengen razılığı ilə müşaiyət olunması Rus-Ukrayna sərhədlərini bağlaya və iki ölkənin insanları arsındakı əlaqələri məhdudlaşdıra bilər.

Eyni zamanda Konovalov Merkellə razılaşır ki, iqtisadi inkişaf qanun qarşısında bərabərlik, müavilələrin toxunulmazlığı, korrupsiyanın azlığından asılıdır, çünki bunlar investorların etimadını təşkil edən faktorlardır. Konovalovun fikrincə Sovet İttifaqında boya-başa çatmış bir çox adamlar bunların arasındakı əlaqəni görmürlər. Konovalov deyir ki, həll yolu özəl mülkiyyətin inkişafındadır.

Devid Merkel Moskva ilə non-proliferasiya məsələlərində əməkdaşlığı alqışlaylır, Rusiya və Ukraynanın Moldovada Transdnestr münaqişəsinin həllində iştirakına müsbət yanaşır. Eyni zamada ABŞ dipliomatı bildirib ki, Rusiya, Ukrayna və başqa Sovet respublikalarında jurnalistlərin üstü açılmamış qətli üzərində təhqiqatlar başlıca prioritet olmalıdır.

XS
SM
MD
LG