Accessibility links

Sudanın sərnişin təyyarəsi qəzaya uğrayıb


Sudanın Hava Yolları rəsmilərinin bildirdiyinə görə, dünən axşam paytaxt Xartumda qəzaya uğrayan təyyarədən azı 29 nəfərin cəsədi aşkar edilib. Rəsmilər hadisənin Sudan Hava Yollarına məxsus, içərisində ekipaj daxil edilməklə, 214 sərnişin olan Aerobus A-310 təyyarəsinin uçuş xəttindən çıxdığını və bu zaman yanğın baş verdiyini deyirlər. Sərnişinlərdən 171 nəfərin xilas edildiyi, 14 nəfərin isə itkin düşdüyü bildirilir. Təyyarənin texniki səbəblərdən və ya pis hava şəraiti üzündən qəzaya uğraması hələ aydın deyil.
XS
SM
MD
LG