Accessibility links

İsrail Misir vasitəçilərinin təklifini dəstəkləyib


İsrail Qəzza Zolağını zəbt etmək ideyasından geri çəkilir. Lakin hərbi imkanlar hələ də nəzərdən keçirilir. İsrailin təhlükəsizlik kabineti İsraillə Həmas arasında əlaqə yaratmağa çalışan Misir vasitəçilərinin təklifini dəstəkləyib. İsrail kabineti həmçinin fələstinlilərin Qəzzadan İsrailin sərhədlərinə hər gün davam edən raket atəşlərini müzakirə edib.

Keçən ay fələstinlilərin həyata keçirdikləri raket hücumları nəticəsində İsrailin kibuts fermasının 3 işçisinin qətlə yetirilməsi hökumət üzərində ictimai təzyiqləri arıtırıb. İsrail Kabineti sülh müqaviləsinə üstünlük verdiyini desə də, orduya Qəzza ərazilərindən həyata keçirilən atəşlərin qarşısının alınması barədə göstərişlərini davam edir. Cənab Regev bunun qarşılıqlı olduğunu, fələstinlilərin atəşləri dayandırdığı təqdirdə, İsrailin də hücumları dayandıracağını deyir.

XS
SM
MD
LG