Accessibility links

Donor ölkələr Əfqanıstanda yenidənqurma işlərinə əlavə vəsait ayıracaqlarına söz veriblər


ABŞ və dünyanın bəzi donor ölkələri növbəti 5 il ərzində Əfqanıstanda yenidənqurma işlərinə yardım üçün əlavə 14 milyard dollar pul ayıracaqlarına söz veriblər. Birləşmiş Ştatların birinci xanımı Lora Buş bu gün Fransanın paytaxtı Parisdə keçirilən donor konfransında deyib ki, ABŞ bu məbləğin 10 milyardını təmin edəcək. Digər vədlərə gəldikdə isə, Dünya Bankı 1.1 milyard, Almaniya və Norveç hərəsi 600 milyon, Fransa isə yardımını iki dəfə artıraraq 165 milyon dollar ayıracağına söz verib. Eyni zamanda bəzi liderlər Əfqanıstan hökumətini yenidənqurma səylərinin qarşısını alan korrupsiyaya qarşı ciddi iş aparmağa çağırıb. Ölkə prezidenti Həmid Kərzay növbəti 5 il ərzində təhlükəsizliyə və infrastruktura uzunmüddətli dəstək üçün 50 milyard dollarlıq beynəlxalq yardım istəyib.
XS
SM
MD
LG