Accessibility links

İrlandiya seçiciləri yeni Avropa İttifaqı sazişini rədd edib


Dünən keçirilən referendumun rəsmi nəticələri bu gün axşam açıqlanmalıdır. Lakin İrlandiyanın ədliyyə naziri Dermot Ahernin bildirdiyinə görə, sazişin qəbul edilməyəcəyi gözlənilir. İrlandiya mətbuatı seçici fəallığının 45 faiz təşkil etdiyini bildirib. Təhlilçilər isə aşağı fəallığın “yox” demək olacağını proqnozlaşdırıblar. İrlandiyanın "yox" cavabı ilə Avropa İttifaqı liderlərinin növbəti addımının nə olacağı bəlli deyil.
XS
SM
MD
LG