Accessibility links

Həmas Qəzza Zolağındakı partlayışın təsadüf nəticəsində baş verdiyini deyib


Fələstinin Həmas qrupu Qəzza Zolağının Beyt Lahiyə şəhərində iki mərtəbəli evdə Həmas komandirlərindən Əhməd Hamauda da daxil edilməklə, 7 nəfərin ölümü ilə nəticələnən partlayışın təsadüf nəticəsində baş verdiyini bildirib. Hadisə nəticəsində 20-dən çox adam da yaralanıb. Həmas bu gün internet vasitəsi ilə açıqladığı bəyanatında bildirib ki, bu güclü partlayış qrup üzvlərinin bomba hücumuna hazırlaşdıqları vaxt baş verib. Həmas əvvəlcə partlayışda İsraili ittiham etmişdi.

XS
SM
MD
LG