Accessibility links

Pakistanda etiraz aksiyaları davam edir


Pakistanda minlərlə vəkil və fəal prezident Pərviz Müşərəfin vəzifələrindən kənarlaşdırdığı hakimlərin öz işlərinə qaytarılması tələbilə paytaxt İslamabad yaxınlığında etiraz aksiyası təşkil ediblər. “Uzun yol” adlandırılan aksiya bu həftənin əvvəlləri Kəraçi şəhərində başlanıb və daha sonra bütün ölkəni bürüyüb. Təhlükəsizlik qüvvələri prezident Pərviz Müşərrəfin iqamətgahını möhkəm mühafizə edirlər. Pakistanın ən böyük iki partiyası- sabiq baş nazir Navaz Şərifin başçılıq etdiyi Müsəlman Birliyi Partiyası və Pakistan Xalq Partiyası arasında hakimlərin öz vəzifələrinə necə qaytarılması barədəki danışıqlar çıxılmaz vəziyyətə düşüb.
XS
SM
MD
LG