Accessibility links

ABŞ-da son həftənin siyasi mənzərəsi


Yanacaq qiymətlərinin rekord həddə çatması və ev problemlərinin bir çox amerikalını maliyyə çətinliklərinə salması ilə ABŞ iqtisadiyyatı Demokrat və respublikaçıların siyasi döyüş meydanına çevrilib. Senarot Hilari Klintonun yarışdan çıxması ilə isə həm Con Makkeyn, həm də Barak Obama onun seçicilərini, xüsusilə də qadınları öz tərəfinə çəkməyə çalışır.

Bir çox amerikalı portmanetlərinin günbəgün boşaldığını hiss edir. Buna cavab olaraq isə prezidentliyə hər iki namizəd - respublikaçı Con Makkeyn və demokrat Barak Obama kampaniyalarını vergi islahatları daxil olmaqla iqtisadiyyatda düzəlişlər edilməsinə cəmləşdirib. Barak Obama deyir ki, onun islahatları amerikalıların böyük bir hissəsinə kömək edəcək. O, infrastruktur düzəlişlərinə daha çox pul ayrılmasını və imkanlılara vergi ixtisarının ləğv olunmasını təklif edib: “Mənim vergi planım 95 faiz işçinin vergisini ixtisara salacaq. Çünki, biz gərək orta-sinif ailələrin pullarını özlərinə qaytaraq”.

Con Makkeyn isə deyir ki, prezident kimi o, cənab Buşun vergi ixtisarını qüvvədə saxlayacaq. Senator az xərcləyən və daha effektiv hökumətə üstülük verir: “İnsanlar yanacaq, qida və ev problemləri ilə mübarizə apardığı bir vaxt layihələrə daha milyardlarla dollar israf olunmayacaq.”

İlkin seçkilərin başa çatması ilə senator Hilari Klinton seçki yarışından kənarda qaldı. O, keçən həftə tərəfdarlarını bir yerə yığaraq onlara təşəkkürünü bildirdi: “Mübarizəmizi davam etdirmək üçün məqsədimizə nail olmalı və Barak Obamanın növbəti ABŞ prezidenti olması üçün əlimizdən gələni əsirgəməməliyik”. Qadınlar senator Klintonun başlıca tərəfdarı idi. Hazırda Obama və Makkeyn onları öz tərəfinə çəkməyə çalışır.

Amerika Universitetində siyasi analitik Körtis Qans deyir ki, bu baxımdan Obama üstünlüyə malikdir: “Burada 3 sadə səbəb var – Müharibə, iqtisadiyyat və səhiyyə qayğısı. Qadınların hazırda dəyər verdiyi məsələlər bunlardır”.
Qansın sözlərinə görə, Obama həmçinin işçi sinfinə aid ağ kişi seçilərlə də əməkdaşlığı gücləndirməlidir.

Emil Quliyev

XS
SM
MD
LG