Avropa Birliyinin baş diplomatı Tehranın
mübahisəli nüvə proqramını dayandırması məqsədi daşıyan iqtisadi stimullaşdırma
paketini İrana təqdim edib. Birliyin xarici siyasət üzrə rəhbəri Xavier Solana deyir ki, diplomat bu gün
Tehranda keçirilən danışıqlar zamanı İran xarici işlər naziri Manuçöhr
Möttəkiyə təklifi verib. Dünyanın 6 qüdrətli dövlətinin təqdim etdiyi paketə
iqtisadi və ticari yardımlar daxildir. İranın hökumət sözçüsü Qulam Huseyn
Elham jurnalistlərə deyib ki, Tehran ölkənin uranı zənginləşdirmək proqramını
dayandırmasını tələb edən bütün təklifləri rədd edəcək. Solana Avropa Birliyi,
Çin, Fransa, Almaniya, Rusiya, Böyük Britaniya və ABŞ-ın adında Tehrana dünən
gedib.