Accessibility links

ABŞ dövlət katibi  İsraili inşaat işlərinə görə bir daha tənqid edib


ABŞ dövlət katibi Kondoliza Rays İsraili Şəqri Qüdsdəki inşaat işlərinə görə bir daha tənqid edib. Bu gün Fələstin prezidenti Mahmud Abbasla Ramallah şəhərində təşkil edilən birgə mətbuat konfransında dövlət katibi İsrailin bu əməlini ABŞ-ın dəstəklədiyi sülh müzakirələrinə “potensial maneə” adlandırıb. Mahmud Abbas İsrailin bu yaxınlarda elan etdiyi 1300 yeni evin inşası barədə planının sülh prosesinin “ən yüksək maneə səddi” olduğunu bildirib. Kondoliza Raysın dedikləri onun xarici işlər naziri Tzipi Livni ilə görüşündən öncəyə təsadüf edib. ABŞ dövlət katibi bu məsələni israilli həmkarı ilə danışıqlar zamanı da qaldıracağını deyib. Xarici işlər naziri ilə danışıqlardan sonra Kondoliza Rays İsrailin baş naziri Ehud Olmertlə görüşməlidir.

XS
SM
MD
LG