Accessibility links

Makedoniyada yenidən səsvermə keçirilib


İki həftə əvvəl Makedoniyada parlament seçkiləri zamanı 200-ə yaxın seçki dairəsinin zorakılıq səbəbilə bağlanmasından sonra bu gün bəzi makedoniyalı yenidən səs verib. Paytaxt Skopyenin şimalında etnik albanların yaşadığı ərazilərdə 187 seçki məntəqəsində yenidən sesvermə keçirilib. Ölümlə nəticələnən atışmalar, təhdid və seçki saxtakarlıqları səbəbilə məntəqələr iyunun birində bağlanmışdı. Rəsmilərin bildirdiyinə görə, zorakılıqlar nəticəsində bir nəfər həlak olmuş, bir neçə nəfərsə yaralanmışdı. Bugünkü seçkilərdə əhalinin onda biri iştirak edir və əvvəl açıqlanan nəticələrin dəyişəcəyi gözlənilmir.

XS
SM
MD
LG