Accessibility links

Dövlət katibi Kondoliza Rays ABŞ-ın Livanın yeni hökumətinə dəstəyini bildirib


Livana gözlənilmədən səfər edən ABŞ Dövlət katibi Kondoliza Rays ölkənin yeni seçilmiş prezidenti Mişel Süleymanla görüşüb. Xanım Rays keçən ay Livanın siyasi qüvvələri hakimiyyətin bölüşdürülməsi haqda razılığa gəldikdən sonra prezident Mişel Süleymanla görüşən ilk yüksək səviyyəli ABŞ rəsmisidir. Kondoliza Rays deyib ki, ABŞ yaraqlı qrup olan Hizbullaha daha artıq hakimyyət versə də, Livanın yeni hökumətini müdafiə etməyi planlaşdırır. ABŞ Dövlət Departamenti Hizbullahı terrorçu təşkilatlar siyahısına salıb. Lakin Dövlət katibi Rays deyib ki, Birləşmiş Ştatlar Livanın yeni hökumətini dəsəkləyir, çünki, bu, Livan xalqını və son nəhayətdə ABŞ-ın marağındadır. Livana səfəri zamanı Kondoliza Rays habelə baş naziri Fuad Siniora və ölkəni digər yüksək səviyyəli rəsmilərilə görüşlər keçirib.

XS
SM
MD
LG