Accessibility links

ABŞ Senatında sorğu-sual metodları ilə bağlı dinləmələr keçirilir


Rəsmi Vaşinqtonun bildirdiyinə görə, bu gün ABŞ Senatında keçirilən dinləmələr zamanı zorakı sorğu-sual metodları ilə bağlı hüquqşünaslar ifadə verir. Dinləmələrdə ABŞ-ın Əfqanıstan, İraq və Quantanamo körfəzindəki məhbəslərində istifadə edilən üsulların qanuniliyi ortaya çıxarılacaq. Senatın Silahlı Qüvvələr Komitəsinin sədri senator Karl Levin məhbuslara qarşı təzyiqlərin pis əsgərlərin əməli, və ya başqa sözlə onların özbaşına əl atdıqları iş olmadığını deyib. Senatın Silahlı Qüvvələr Komitəsi müdafiə naziri Donald Ramsfeldin dindirilmə metodlarını 2002-ci ildə təsdiq etdiyini müyyən edib.

XS
SM
MD
LG