Accessibility links

ABŞ prezidenti orta qərb ştatlarında sellərin yaratdığı vəziyyətə görə narahatlığını bildirib


ABŞ prezidenti Corc Buş Avropa səfərindən qayıdan kimi ölkədənin orta qərb regionunda sellərin yaratdığı vəziyyəti müzakirə edib. Ağ evdə iclas keçirən prezident Buş vəziyyətlə bağlı narahatlığlını bildirərək Daxili Təhlükəsizlik naziri Çertofun onu məlumatlandırdığını deyib. ABŞ prezidenti sellərin milyardlarla dollar məbləğində zərər vurduğu Ayova ştatına səfər edəcəyini bildirib. Prezident Buş sellərdən zərər çəkmiş insanların qısa müddətə yaşayış yeri ilə təmin ediləcəyini elan edib. Ayova ştatının öznüdə isə sellərdən sonra təmizləmə işləri aparılıb. Ştatda baş vermiş güclü sellər evləri və əkin sahələrini yuyub aparıb, əsas şosse yolları və körpülərə çıxışların bağlanmasına səbəb olub.
ABŞ-ın Ordu Mühəndis korpusu Missisipi çayının daşa bilməsillə bağlı xəbərdarlıq edib. Korpusun nümayəndəsi deyib ki, bu həftə gözlənildiyi kimi yağı yağsa, Missisipi çayı daşa bilər. O, mərkəzi İllinoys, Ayova və Missuri ştatlarında suyun bəndləri yuyub apardığını bildirib.

XS
SM
MD
LG