Accessibility links

Kristofer Hill Şimali Koreyanın nüvə proqramı barədə danışıqları davam etdirir


Birləşmiş Ştatların nüvə məsələləri üzrə müzakirəçisi Kristofer Hill bu gün Tokiyoda Şimali Koreyanın nüvə proqramı məsələsini müzakirə etmək üçün Yaponiya və Cənubi Koreya nümayəndələri ilə görüşüb. Pxenyanın nüvə proqramları barədə bəyanatını yaxın zamanlarda təqdim edəcəyinə danışıqlar zamanı ruh yüksəkliyi ilə yanaşılıb.

Dünən Birləşmiş Ştatların dövlət katibi Kondoliza Rays deyib ki, Pxenyanın nüvə proqramı barədə bəyanatını danışıqlara ev sahibliyi edən Çinə təqdim edəcəyinə ümid edir. Xanım Rays əlavə edib ki, Şimali Koreya həmin bəyanatı təqdim etdiyi təqdirdə, Vaşinqton da bu ölkəyə qarşı qoyulan sanksiyaları götürəcək və onun adını terrorçuluğa sponsorluq edən ölkələr siyahısından çıxaracaq.

XS
SM
MD
LG