Accessibility links

Marsda buz tapıldığı ehtimal olunur


ABŞ Fəza Agentliyi - NASA “Feniks Mars” adlı fəza gəmisinin qırmızı planetdə buz parçaları aşkar etdiyinə inandığını bildirir. NASA deyir ki, gəminin robotik qolu Mars arktikasında xəndək qazarkən parıltılı obyekt tapıb. Zər boyda olan qırıntılar havaya çıxdıqdan sonra bir neçə gün ərzində yox olublar. Tədqiqatçılar həmin qırıntıların sonradan əriyən donmuş su olduğunu güman edirlər. Missiyanın aparıcı tədqiqatçısı Piter Smit deyir ki, materialın yoxa çıxması onun buz olmasına tam sübutdur. Qeyd edək ki, Feniks fəza gəmisi Marsa mayın 25-də çatıb.

XS
SM
MD
LG