Accessibility links

"Nyu-York Tayms": "İsrail İrana hücum etmək üçün təlimlər keçir"


ABŞ mətbuatının bildirdiyinə görə, İsrail böyük hərbi təlimlər keçirir. Amerika rəsmiləri isə bunun İranın nüvə vasitələrinə potensial hücum üçün təcrübə olduğunu deyir. Nyu-York Taymsda nəşr olunan məqalədə deyilir ki, bu ayın əvvəlində 100-dən çox qırıcı təyyarə hərbi manevrləri məşq ediblər. Vertolyotlar və yanacaq doldurma tankerləri də təxminən İsraildən İranın uran zənginləşdirmə vasitələrinin yerləşdiyi Natanza qədər olan 1400 kilometr məsafədə keçirilən uçuşda iştirak edib. Adı açıqlanmayan ABŞ hərbi rəsmisinə istinad edən yazıda bildirilir ki, İsrail Tehranın nüvə fəaliyyətini dayandırması üçün beynəlxalq səylər boşa çıxdığı təqdirdə lazımı tədbirlər görməyə hazırlaşdığını nümayiş etdirir.

XS
SM
MD
LG