Accessibility links

İraqda Əl-Qaidənin 4 üzvü öldürülüb


İraqda ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələri gecə yarı Bağdadın şimalında Əl-Qaidə üzvü olmaqda şübhəli bilinən 4 nəfəri öldürüb. Bu gün açıqlanan bəyanatda deyilir ki, koalisiya qüvvələri Bələddə qrupun partlayıcı şəbəkəsini hədəfə alan ardıcıl əməliyyatlar keçirib. Digər 6 şübhəli isə həbs edilib. Bundan başqa ABŞ ordusu bildirir ki, Diyala vilayətində 3 yolkənarı bomba partlayışı nəticəsində 1 koalisiya əsgəri həlak olub, 5 nəfər isə yaralanıb. Ölən əsgərin milliyyəti barədə məlumat verilmir. Bağdadda isə koalisiya qüvvələri 2 şübhəlini həbs ediblər. Onlardan birinin Əl-Qaidə mətbuat şəbəkəsinin başlıca liderlərindən olduğu ehtimal olunur.

XS
SM
MD
LG